Azərbaycanda kənd təsərrüfatı sahəsinin inkişafı, kiçik və orta sahibkarlara dəstək, milli məhsulların formalaşdırılması və təbliğatı üçün 2016-cı ildə əsası qoyulmuş ASAN xidmət tabeliyində fəaliyyət göstərən "ABAD" (Ailə Biznesinə Asan Dəstək) publik hüquqi şəxsinin daha bir mərkəzi Qubada vətəndaşlara xidmətə başlamaq üzrədir. Əvvəllər "Mədəniyyət evi" kimi fəaliyyət göstərmiş ikimərtəbəli bina Progress Construction Group MMC və Faber Construction şirkətləri tərəfindən təkrar yararlı hala salınıb və həmçinin şirkətlərin birgə əməyi sayəsində ətrafda parkın salınması ilə "Quba ABAD Factory" İstehsalat Kompleksi təsis edilmişdir. Dövlət başçısı və xanımı kompleksin açılışında iştirak edib və burada yaradılan şəraitlə yaxından tanış olublar.
Müasir avadanlıqlarla təmin edilmiş binada bir dəfəyə 140 kiloqram quru meyvə, istehsal gücü saatda 110 kiloqram olan qənnadı məmulatı və 1200 banka olan kompot, gündəlik min litr süd və 600 kiloqram ət məhsulları istehsal edən 5 sahə fəaliyyət göstərəcək. Kompleksdə elavə olaraq "ABAD Gastro Village” layihəsi çərçivəsində “Quba ABAD Factory”nin önündə “Food truck park”ı yaradılıb. Kompleks hazırda 20 nəfəri ve yaxinda gələcəkdə isə regionda yaşayan 70-80 ailəni işlə təmin etmək qabiliyyətinə malikdir. Yeni istifadəyə verilmiş kompleksdə "ABAD"çı ailələri sırasına qoşulmaq istəyənlər abad.gov.az saytında müraciət edə bilərlər.