"Progress Construction Group" MMC daha bir uğurlu layihəyə imza atdı. Yenicə inşası başa çatan Peyk Rabitəsi İdarəetmə Mərkəzi istismara verildi. Müdafiə Nazirliyindən verilən melumata əsasən bu peyk rabitə sistemi hücum və müdafiə əməliyyatlarında qoşunların mobil hərəkəti və çevik yerdəyişməsi zamanı komanda məntəqələri arasında səsli və mətn (DATA) məlumat mübadiləsinin təmin edilməsi üçün təyin edilib. Müdafiə naziri mərkəzin ərazisində yerləşən rabitə vasitələrinin təmiri üçün nəzərdə tutulmuş laboratoriyalar, eləcə də texniki, xidməti, inzibati otaqlar və saxlanclarda yaradılmış şəraitlə tanış olub. Bildirilib ki, qoşunlarda istifadə edilən bütün növ stasionar və səyyar müasir hərbi kommunikasiya avadanlıqlarına mərkəzdə texniki xidmət göstərilir və onlar qısa müddətdə tam təmir olunaraq yenidən sıraya qaytarılır. Avtomatlaşdırılmış idarəetmə sistemləri, radiostansiyalar və peyk avadanlıqlarının təmiri otaqlarında çalışan mütəxəssislərlə görüşən Müdafiə naziri rabitə vasitələrinin müasir ordunun idarəetmə sisteminin əsas elementlərindən biri olduğunu qeyd edib. Mərkəzlə daha ətrafli tanışlıq üçün linkə daxil ola bilərsiniz.
"Progress"in baş direktoru İsmixan Məmmədovun da iştirak etdiyi açılışda Müdafiə naziri
general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Mərkəzin faəliyyəti ilə
yaxından tanış olub.